Futbol tarixinin ən bahalı ingiltərəli futbolçuları müəyyənləşdi - SİYAHI
Futbol tarixində transferi yüksək məbləğ qarşılığında gerçəkləşmiş ingiltərəli oyunçuların adları açıqlanıb.
Bir neçə gün öncə "Barselona"ya qoşulan Entoni Qordon siyahının 7-ci pilləsində yer alıb.
"10-luq"da zirvəni ələ keçirən hazırda Madrid "Real"ının uğurları üçün çalışan Cud Bellingemdir.
Futbol tarixində transferi yüksək məbləğ qarşılığında gerçəkləşmiş ingiltərəli oyunçular:
1. Cud Bellingem, 127 milyon avro - "Borussiya"dan (Dortmund) "Real"a (2023/2024 mövsümü)
2. Cek Qriliş, 117,5 milyon avro - "Aston Villa"dan "Mançester Siti"yə (2021/2022 mövsümü)
3. Deklan Rays, 116,6 milyon avro - "Vest Hem"dən "Arsenal"a (2023/2024 mövsümü)
4. Harri Keyn, 95 milyon avro - "Tottenhem"dən "Bayern"ə (2023/2024 mövsümü)
5. Harri Maquayr, 87 milyon avro - "Lester"dən "Mançester Yunayted"ə (2019/2020 mövsümü)
6. Ceydon Sanço, 85 milyon avro - "Borussiya"dan (Dortmund) "Mançester Yunayted"ə (2021/2022 mövsümü)
7. Entoni Qordon, 80 milyon avro - "Nyukasl"dan "Barselona"ya (2026/2027 mövsümü)
8. Ebereçi Eze, 69,3 milyon avro - "Kristal Pelas"dan "Arsenal"a (2025/2026 mövsümü)
9. Meyson Maunt, 67,7 milyon avro - "Çelsi"dən "Mançester Yunayted"ə (2023/2024 mövsümü)
10. Dominik Solanke, 64,3 milyon avro - "Bornmut"dan "Tottenhem"ə (2024/2025 mövsümü)
Mediasport.com.az


