"Qarabağ" "Şelburn"u keçsə, yenidən FKSB ilə qarşılaşa bilər

Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq.
"Mediasport" xəbər verir ki, seçimlərdə "Qarabağ"ın da potensial rəqibi müəyyənləşəcək.
Bunun üçün Azərbaycan çempionu əvvəlcə II raundda qarşılaşacağı İrlandiyanın "Şelburn" klubunu mübarizədən kənarlaşdırmalıdır.
İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlanacaq. Çempionlar yolunda püşkatma II təsnifat mərhələsinin cütləri arasında reallaşacaq.
UEFA tədbirdən əvvəl iştirakçıları qruplara bölüb: Səpələnmişlər səbətində yer alan “Şelburn” (İrlandiya) - “Qarabağ” cütü II qrupda qərarlaşıb.
Bu cütün mümkün rəqibləri II təsnifat mərhələsinin 3 cütünün qalibindən biri olacaq. Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları avqustun 5-6-da və 12-də keçiriləcək.
II qrup (səpələnməmişlər)
“Riyeka” (Xorvatiya) - “Ludoqorets” (Bolqarıstan)
“Hamrun Spartans” (Malta) - “Dinamo” (Kiyev, Ukrayna)
“Şkendiya” (Şimali Makedoniya) - FKSB (Rumıniya)