Azərbaycan gimnastları Dünya Kubokunda qızıl medal qazandılar
Çində aerobika gimnastikası üzrə Dünya Kuboku turniri keçirilib.
"Mediasport" xəbər verir ki, yarışda Azərbaycanı fərdi proqramda Sara Əlixanlı, qarışıq cütlük proqramında Mədinə Mustafayeva - Vladimir Dolmatov təmsil ediblər.
Təsnifat mərhələsinin nəticələrinə görə, Sara Əlixanlı 17.900 xal, Mədinə Mustafayeva - Vladimir Dolmatov isə 18.600 xal toplayıblar və final mərhələsinə yüksəliblər.
Finalda qarışıq cütlük 19.100 xalla rəqiblərini geridə qoyaraq qızıl medala sahib olub.
Sara Əlixanlı yarışı 18.050 xalla 6-cı yerdə qərarlaşıb.


