21 illik fasilədən sonra UEFA Çempionlar Liqasına yüksəldilər

21 illik fasilədən sonra UEFA Çempionlar Liqasına yüksəldilər

İspaniya La Liqasının 36-cı turunda "Elçe"ni məğlub edən (2:1) "Betis" uzun həsrətə son qoyub.

"Mediasport" xəbər verir ki, Sevilya təmsilçisi 2005/2006 mövsümündən sonra (21 il) ilk dəfə UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.

"Ağ-yaşıllar" hazırda ölkə çempionatının turnir cədvəlində 57 xalla 5-ci pillədə qərarlaşıb və ən yaxın rəqibi "Selta"nı 7 xal qabaqlayır.

Məşhurlardan Hektor Bellerin, Sofyan Amrabat, Antoni, İsko kimi futbolçular hazırda "Betis"in uğurları üçün çalışır.

Xatırladaq ki, komandanın baş məşqçisi məşhur çilili, 72 yaşlı Manuel Pelleqrinidir.