Güləşçilərimiz Rusiyada xatirə turnirində 3 medal qazandılar

Belarusun paytaxtı Minskdə 3-qat Olimpiya çempionu Aleksandr Medvedin xatirə turniri keçirilib.
Mediasport.com.az xəbər verir ki, Azərbaycanın sərbəst güləşçiləri yarışda 3 medal qazanıblar.
Ölkəmiz məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında 7 pəhləvanla təmsil olunub və hesabına 1 gümüş, 2 bürünc medal yazdırıb.
Paris olimpiadasından sonra ilk yarışına çıxan 74 kq çəkili Turan Bayramov finalın bir addımlığında məğlub olsa da, 3-cü yer uğrunda mübarizədə qalib gələrək bürünc medala sahib çıxıb.
92 kq-da təmsilçimiz Şamil Zubairov da turniri bürünc mükafatla başa vurub.
74 kq-da digər güləşçimiz Qadjimurad Omarov isə yalnız finalda uduzaraq gümüş medalı boynundan asıb.
Əfqan Xaşalov (57 kq), Musa Ağayev (65 kq), Timur Gülmaqomedov (86 kq) və İslam İlyasov (97 kq) ümidləri doğrultmayıblar.