İki güləşçimiz Türkmənistan turnirində fəxri kürsüdə yer aldı

İki güləşçimiz Türkmənistan turnirində fəxri kürsüdə yer aldı

Azərbaycanın kəmər güləşi növündə iki idmançısı Türkmənistanın Aşqabad şəhərində qoreş və alış üzrə beynəlxalq turnirdə uğurla çıxış edib.

"Mediasport" xəbər verir ki, “Yeni İdman İmkanları Birliyi” statusuna həsr olunmuş yarışda Ariz Hüseynov (70 kq) alış növündə gümüş, qoreş növündə bürünc medal qazanıb.

Fidan Hüseynova (60 kq) isə alış üzrə bürünc mükafata yiyələnib.