Avropa çempionatı: Azərbaycanın 5 güləşçisi yarımfinala çıxdı

Avropa çempionatı: Azərbaycanın 5 güləşçisi yarımfinala çıxdı

Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, Azərbaycanın daha 5 sərbəst güləşçisi döşək üzərinə çıxıb.

Nürəddin Novruzov (61 kq), Turan Bayramov (74 kq), Arseni Cioyev (86 kq), Ali Tsokayev (92 kq) və Giorgi Meşvildişvili (125 kq) mübarizəyə başlayıblar.

Hər 5 pəhləvan yarışaraq yarımfinala vəsiqə əldə edib.

Yarımfinal görüşləri Bakı vaxtilə saat 18:45-dən etibarən İTV janaklı vasitəsilə canlı yayımlanacaq.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərimizdən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq), həmçinin qadın güləşçilərimizdən Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) bürünc medal qazanıblar.