Günay Qurbanova Serbiyada Avropa çempionu adını qazandı
Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, Azərbaycanın iki qadın idmançısı bu gün final görüşlərini keçirib.
59 kq çəki dərəcəsində yarışan Günay Qurbanova belaruslu Marta Hetmanavaya qalib gələrək qitə çempionu adını qazanıb.
55 kq-da güləşən Gültəkin Şirinova isə qızıl medalın biraddımlığında uduzaraq gümüş mükafat əldə edib.
