Hacı Əliyevdən tarixi bir qərar - ABŞ liqası ilə müqavilə imzaladı
Güləş üzrə üçqat dünya və dördqat Avropa çempionu Hacı Əliyev ABŞ-nin son dövrlər ən önəmli layihələrindən biri hesab olunan "Real American Freestyle" (RAF) peşəkar güləş liqası ilə rəsmi müqavilə imzalayıb.
"Mediasport" xəbər verir ki, bu barədə RAF-ın rəsmi sosial media hesabları vasitəsilə məlumat verilib.
Bu müqavilə ilə Hacı Əliyev ABŞ-də sərbəst güləşi peşəkar şou və "fight-night" formatı ilə birləşdirən nüfuzlu platformasında çıxış edəcək ilk azərbaycanlı idmançı kimi tarixə düşüb.
View this post on Instagram
