"Zirə"nin futbolçusu "Şamaxı"da
Mövsümün ikinci hissəsinə hazırlıqları davam etdirən "Şamaxı" heyətini gücləndirib.
"Mediasport" xəbər verir ki, bölgə klubu "Zirə"nin futbolçusu Ramiz Muradovu heyətinə qatıb.
"Qartallar"ın əvəzedici heyətinin 21 yaşlı üzvü yarımmüdafiənin mərkəzində oynayır.
"Şirlər"in baş məşqçisi Ayxan Abbasovun bəyəndiyi futbolçu ilə mövsümün sonunadək müddəti əhatə edən müqavilə bağlanıb.
Məlumatı "CBC Sport" kanalına açıqlamasında qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov təsdiqləyib.
