"Heyətimiz genişdir, hədəfimiz yaxşı komanda qurmaqdır"
"Hazırlıq prosesində 4-ü qapıçı olmaqla, ümumilikdə 19 futzalçı iştirak edir. Milli komandaya yeni oyunçular cəlb etmişəm. Heyətdə perspektivli uşaqlar var".
"Mediasport" xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Yevgeni Kukseviç deyib.
Rusiyalı mütəxəssis komandanın qarşıdakı yoxlama oyunları üçün hazırlığı barədə məlumat verib:
"Hazırlığa dünəndən başlamışıq. Heyətimiz kifayət qədər genişdir. Yeni oyunçuların üzərində işləyib onları beynəlxalq yarışlara hazırlaşdırmağa çalışırıq. Hədəfimiz yaxşı komanda qurmaqdır".
Xatırladaq ki, yığmamız yanvarın 22-i və 24-də Bakı İdman Sarayında Danimarka millisi ilə yoxlama görüşləri keçirəcək.
