Olimpiadada mübarizə aparacaq millilərimizin heyətləri açıqlandı

Olimpiadada mübarizə aparacaq millilərimizin heyətləri açıqlandı

Sentyabrda Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək 46-cı Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan milli komandalarının heyətləri açıqlanıb.

Bu barədə "Mediasport"a Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.

Kişilərdən ibarət milli komandaya Şəhriyar Məmmədyarov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Rauf Məmmədov və Eltac Səfərli dəvət edilib. Kapitan Teymur Rəcəbov olacaq.

Qadınlardan ibarət yığmamıza isə Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Günay Məmmədzadə və Gülnar Məmmədova yer alacaq. Kapitanlıq Nicat Abasova tapşırılıb.

Qədir Hüseynov məşqçi kimi qadın millimizə kömək göstərəcək.

Mötəbər yarış 15-27 sentyabr aralığında baş tutacaq.