DÇ-2026-nın seçmə mərhələsində daha 6 görüş bu gün keçiriləcək
Futbol üzrə DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin görüşləri davam edir.
"Mediasport" xəbər verir ki, bu gün 6 qarşılaşma keçiriləcək.
Oyunlar A, G, L qruplarında baş tutacaq.
"Qarabağ"ın qapıçısı Mateuş Koxalskinin də heyətində olduğu Polşa milli komandası səfərdə Niderland yığması ilə üz-üzə gələcək.
DÇ-2026. Avropa zonası. Seçmə qrup mərhələsi
A qrupu
23:45. Lüksemburq - Almaniya
23:45. Slovakiya - Şimali İrlandiya
Xal durumu: Almaniya - 9, Slovakiya - 9, Şimali İrlandiya - 6, Lüksemburq - 0.
G qrupu
21:00. Finlandiya - Malta
23:45. Polşa - Niderland
Xal durumu: Niderland - 16, Polşa - 13, Finlandiya - 10, Litva - 3, Malta - 2.
L qrupu
23:45. Cəbəllütariq - Monteneqro
23:45. Xorvatiya - Farer Adaları
Xal durumu: Xorvatiya -16, Çexiya - 13, Farer Adaları - 12, Monteneqro - 6, Cəbəllütariq - 0.
