Argentina yığması finalda!

Argentina yığması finalda!

Futbol üzrə 23-cü Dünya Kubokunda ikinci finalçı məlum olub.

"Mediasport" xəbər verir ki, ikinci yarımfinal cütündə son dünya çempionu Argentina ilə İngiltərə futbolçuları üz-üzə gəliblər.

Finala vəsiqə qazanan Argentina iyulun 19-da mundialın qızıl medalları uğrunda dueldə İspaniya millisi ilə qarşılaşacaq.

Məğlub İngiltərə isə bürünc mükafat üçün Fransa yığmasına rəqib olacaq.


Dünya Kuboku-2026. Yarımfinal


İngiltərə - Argentina 1:2

Qollar: Entoni Qordon, 55 - Enso Fernandes, 87, Lautaro Martines, 90+3

Baş hakim: İsmail Elfat (ABŞ)