Akademik avarçəkənlərimiz Avstriyada gümüş medal qazandı

 Akademik avarçəkənlərimiz Avstriyada gümüş medal qazandı

Azərbaycanın akademik avarçəkənləri Avstriyanın paytaxtı Vyanada keçiriıən ənənəvi beynəlxalq reqatada uğurlua çıxış ediblər.

"Mediasport" xəbər verir ki, komandamız sayca 121-ci dəfədir təşkil olunan yarışda gümüş medal qazanıb.

Yeniyetmələr arasında Azər İlyasov-Cahangir Məmmədli cütlüyü iki nəfərlik qayıqda 2000 metr məsafəyə yürüşdə fəxri kürsünün ikinci pilləsinə yüksəlib.