AÇ: İbrahim Həsənov yarımfinalda, Tunar və Elgün 1/4-də məğlub oldu
Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-17 Avropa çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, Tunar Həsənov (45 kq) gürcüstanlı Mkrtiç Canamyana (3:2) qalib gəlsə də, 1/4 finalda ukraynalı Marko Kvasniuka (0:2) məğlub olub.
İbrahim Həsənov (51 kq) ukraynalı Boqdan Kazakova (10:0) və rusiyalı Xalid Sonqurbekova (12:0) tam üstünlüklə qalib gələrək yarımfinala yüksəlib.
İbrahim yarımfinalda belaruslu Yanis Şapartau ilə güləşəcək.
Vahid Məmmədov (60 kq) ispaniyalı Samvel Qorqyana tam üstünlüklə (10:0) qalib gəlsə də, 1/4 finalda polşalı Vitold Pavlikə sonuncu xal prinsipinə əsasən (1:1) məğlub olub.
Tunar Quliyev (71 kq) ilkin mərhələdə ermənistanlı Avetik Tutxalyana (2:15) uduzub.
Elgün Kərimli (92 kq) ermənistanlı Artur Mkrtçyana (8:0) qalib gəlsə də, 1/4 finalda rusiyalı Abdurazak Şabanov ilə (4:15) bacarmayıb.
