İdmançılarımız Paralimpiya Oyunlarında 13 medal qazandılar

Azərbaycan idmançıları Türkiyənin İstanbul şəhərində təşkil edilən Avropa Gənclər Paralimpiya Oyunlarını 13 medalla yekunlaşdırıblar.
"Mediasport" xəbər verir ki, ölkəmiz 7-ci dəfə keçirilən yarışda 17 idmançı ilə debüt edib.
İdmançılarımız 7 idman növündə 4 qızıl, 2 gümüş və 7 bürünc medal qazanıblar.
Sabir Zeynalov (parataekvondo, K44, 58 kq), Amin Əliyev (parataekvondo, K44, 63 kq), Səmayə Həsənova (parataekvondo, K44, 47 kq) və Ayşə Arabova (paraatletika, uzunluğa tullanma, T11) bütün rəqiblərindən güclü olub.
Orxan Cəfərov (parataekvondo, K44, 80 kq), Əli Vəliyev (paraüzgüçülük, 2009-2013-cü il təvəllüdlülər arasında, S10, 100 metr “butterfly” (kəpənək)) gümüş mükafat əldə edib.
Ayxan Nuruyev (parataekvondo, K44, 58 kq), Amin Şıxalıyev (parataekvondo, K44, 63 kq), İmran Bağırov (parataekvondo, K44, 70 kq), Ömər Qurbanov (paracüdo, J2, 62 kq), Hüseyn İsmayılzadə (paracüdo, K44, 70 kq) və Əli Vəliyev (paraüzgüçülük, S10, 2009-2013-cü il təvəllüdlülər arasında, 100 metr sərbəst, 400 metr sərbəst) isə bürünc medala yiyələnib.
Turnirdə 33 ölkədən 700-ə yaxın idmançı yarışıb.