Azərbaycan millisinin dörd üzvü Asiya Kubokunda iştirak edəcək

 Azərbaycan millisinin dörd üzvü Asiya Kubokunda iştirak edəcək

Azərbaycanın yeniyetmə cüdoçuları Qazaxıstanın Almatı şəhərində keçiriləcək Asiya Kubokunda mübarizə aparacaqlar.

"Mediasport" xəbər verir ki, 3-4 iyulda baş tutacaq yarışda ölkəmizi dörd cüdoçu təmsil edəcək.

Millimizin üzvlərindən Fatimə Abdullayeva (44 kq), Könül Eyvazlı (52 kq), Nicat Şıxızadə (60 kq) və İlkin Qarayev (66 kq) tatamiyə çıxacaqlar.

Onlar Azərbaycan Cüdo Federasiyasının prezidentinin müşaviri Natiq Bağırovun rəhbərliyi altında yarışa qatılacaqlar.

Turnirdə 10 ölkədən 459 idmançı qüvvəsini sınayacaq.