İki boksçumuz Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək

 İki boksçumuz Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycan boksçuları Qazaxıstanın Akmola vilayətinin Qorğaljın rayonunda məktəblilər (U-15) arasında keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər.

Bu barədə "Mediasport"a Azərbaycan Boks Federasiyasından məlumat verilib.

Məşqçi Etibar Abdullayevin rəhbərliyi altında Sərxan Haqverdiyev (70 kq) və Teymur Tanrıverdiyev (+70 kq) yarışacaqlar.

Sabah start götürəcək birincilik avqustun 10-da yekunlaşacaq.