İdmançımız Çində keçirilən Dünya Kubokunda bürünc medal qazandı

Çinin Jianqyinq şəhərində uşu üzrə Dünya Kuboku keçirilir.
"Mediasport" xəbər verir ki, 3-cü yarış günündə mübarizəyə qoşulan Azərbaycan millisinin üzvü Elçin Eminov uğurla çıxış edib.
60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız bürünc medal qazanıb.