"Neftçi"nin futzalçısı yığma komandamızın heyətindən çıxarıldı
Danimarka yığması ilə yoldaşlıq oyunları keçirəcək futzal üzrə Azərbaycan millisinin təlim-məşq toplanışı üçün açıqlanmış heyətində dəyişiklik edilib.
Bu barədə "Mediasport"a Azərbaycan Futzal Federasiyasından məlumat verilib.
"Neftçi"nin üzvü Fərid Atakişiyev ailə vəziyyəti ilə əlaqədar hazırlıq prosesində və oyunlarda iştirak edə bilməyəcək.
Görüşlər yanvarın 22-də və 24-də baş tutacaq.
