III MDB Oyunlarının biletləri 3 manatdan satışa çıxarıldı

Bu gün start götürən III MDB Oyunlarının biletləri satışa çıxarılıb.
"Mediasport" xəbər verir ki, yarışın bütün oyunları üçün biletlərin qiyməti 3 manat təşkil edir.
Biletləri şəhər kassalarından və iTicket.az onlayn platformasından əldə etmək mümkündür.
Xatırladaq ki, oktyabrın 8-də başa çatacaq III MDB Oyunları Azərbaycanın yeddi şəhərində keçiriləcək.
Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi ev sahibliyi edəcək.
Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda baş tutacaq. Xatırladaq ki, açılış mərasimi sentyabrın 28-də baş tutacaq