III MDB Oyunlarının məkanları və yarış proqramı açıqlandı - TƏQVİM

III MDB Oyunlarının məkanları və yarış proqramı açıqlandı - TƏQVİM

Azərbaycanda keçiriləcək III MDB Oyunlarının məkanları və təqvimi açıqlanıb.

"Mediasport" xəbər verir ki, sentyabrın 28-də başlanacaq yarışda 23 idman növü üzrə 5550-ə yaxın iştirakçı gözlənilir.

Oktyabrın 8-də yekunlaşacaq turnir Azərbaycanda 12 idman obyektində təşkil olunacaq.

MDB Oyunları “Hər qəlbdə bir qələbə” şüarı altında keçiriləcək.

Oyunlar Azərbaycanın 7 bölgəsində - Gəncə, Qəbələ, Şəki, Yevlax, Xankəndi, Göygöl və Mingəçevir şəhərlərində təşkil olunacaq.


III MDB Oyunları


Gəncə şəhər stadionu

28 sentyabr – Açılış mərasimi

8 oktyabr – Bağlanış mərasimi

Gəncə İdman Sarayı

28 sentyabr-1 oktyabr - Atıcılıq

28 sentyabr-2 oktyabr - Üzgüçülük

1-7 oktyabr - Qılıncoynatma

28 sentyabr-6 oktyabr - Voleybol

Mingəçevir “Kür” Olimpiya Mərkəzi

3-6 oktyabr - Akademik avarçəkmə

3-6 oktyabr – Kanoe

4-6 oktyabr – Karate

27-30 sentyabr - Taekvondo

Gəncə Olimpiya İdman Kompleksi

2-4 oktyabr – Güləş

Gəncə Basketbol Meydanı

4-6 oktyabr – Basketbol 3x3

Göygöl Olimpiya İdman Kompleksi

3-7 oktyabr - Cüdo

27-29 sentyabr – Sambo

Şəki Olimpiya İdman Kompleksi

30 sentyabr-3 oktyabr – Batut gimnastikası

5-8 oktyabr – Bədii gimnastika

Qəbələ Atıcılıq Mərkəzi

2-6 oktyabr – Stend atıcılığı

Qəbələ Olimpiya İdman Kompleksi

2-7 oktyabr - Badminton

26-30 sentyabr - Stolüstü tennis

Xankəndi şəhər stadionu

1-5 oktyabr - Oxatma

Yevlax Olimpiya İdman Kompleksi

28 sentyabr–5 oktyabr - Boks

Qəbələ şəhər stadionu

27 sentyabr-6 oktyabr – Futbol (U-16)

Şəki şəhər stadionu

27 sentyabr–7 oktyabr – Çövkən