"Neftçi" son yoxlama matçında Serbiya klubunu məğlub etdi
Sloveniyada təlim-məşq toplanışında olan "Neftçi" sonuncu yoxlama oyununu keçirib.
"Mediasport" xəbər verir ki, "ağ-qaralar" Serbiyanın "Radniçki" komandası ilə qarşılaşıblar.
Görüş komandamızın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Breno Almeyda (2) və Ağadsdaş Salyanski vurublar.
Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv bunadək Sloveniyada baş tutan iki yoxlama matçında "Partizan" (Serbiya, 0:1) və ÇFR-ə (Rumıniya, 1:2) uduzub.
Moravske Toplitse şəhərindəki “Hotel Livada Prestige”də məskunlaşan “Neftçi” iyulun 14-də toplanışı başa vuraraq Bakıya qayıdacaq.
Xatırladaq ki, paytaxt təmsilçisi UEFA Avropa Konfrans Lqiasının 2-ci təsnifat mərhələsində mübarizə aparacaq.


