Coy Lens Mikels sabiq "Neftçi"li forvard Bahodir Nasimova çatdı

Coy Lens Mikels sabiq "Neftçi"li forvard Bahodir Nasimova çatdı

Coy Lens Mikels Misli Premyer Liqasının 2025/26 mövsümündə 15-ci qolunu vurub.

"Mediasport" xəbər verir ki, almaniyalı forvard XXV turun “Sumqayıt”la ev görüşündə (3:1) fərqlənib.

Hücumçu 2-ci dəfə Premyer Liqada ən azı 15 qol səddinə çatır. O, 2022/23 mövsümündə 17 qola sevinib.

Mikels Azərbaycan çempionatları tarixində 2 fərqli mövsümdə 15 və ya daha çox qol vuran ikinci legioner olub.

Onadək yalnız Bahodir Nasimov bunu bacarıb.

Özbəkistanlı forvard “Neftçi”nin heyətində 2010/11 mövsümündə 15, növbəti çempionatda 16 dəfə fərqlənib.