İngiltərə Premyer Liqasını yayımlayacaq kanal müəyyənləşdi

İngiltərə Premyer Liqasını yayımlayacaq kanal müəyyənləşdi

Yeni mövsümdə Azərbaycanda futbol üzrə İngiltərə Premyer Liqasını canlı yayımlayacaq kanal müəyyənləşib.

"Mediasport" xəbər verir ki, azarkeşlər dünyanın ən güclü çempionatının matçlarını yenidən "İdman" TV vasitəsilə izləyə biləcəklər.

Bu barədə kanal məlumat paylaşıb.

Liqada 2026/2027-ci illər mövsümü avqustun 21-də başlanacaq.

Turun ilk görüşü "Arsenal" - "Koventri Siti" matçı olacaq.

Xatırladaq ki, "İdman Azərbaycan" artıq bir neçə ildir İngiltərə Premyer Liqasının yayım hüququnu alır.