Türkiyə Super Liqasını tərk edəcək üçüncü komanda müəyyənləşdi

Türkiyə Super Liqasını tərk edəcək 3-cü komanda müəyyənləşib.
"Mediasport" xəbər verir ki, mövsümün başa çatmasına iki tur qalmış "Sivasspor"un elita ilə vidalaşacağı dəqiqləşib.
Rıza Çalımbayın rəhbərlik etdiyi kollektiv 35-cı turda səfərdə "Samsunspor"a 0:1 hesabı ilə uduzmaqla liqada qalmaq şanslarını itirib.
35 xalı olan Sivas təmsilçisi 17-ci sırada qərarlaşıb və düşmə zonasından uzaqlaşan "Alanyaspor"dan 5 xal geri qalır.
Qeyd edək ki, daha əvvəl "Adana Dəmirspor" və "Hatayspor"un Super Liqadan düşəcəyi rəsmiləşib.