Argentina yığması yarımfinalda!

Argentina yığması yarımfinalda!

Futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinə yekun vurulub.

"Mediasport" xəbər verir ki, Argentina - İsveçrə görüşü ilə sonuncu yarımfinalçı müəyyənləşib.

Son dünya çempionları avropalıları əlavə vaxtda üstələyə bilib - 3:1.

Belliklə, iyulun 14-də baş tutacaq ilk yarımfinalda Fransa ilə İspaniya, iyulun 15-də isə İngiltərə yığması ilə Argentina futbolçuları final üçün üz-üzə gələcək.

Mundial iyulun 19-da başa çatacaq.