"Liverpul"un azarkeşi rəqibi təhqir etdi, polislər araşdırmaya başladı

İngiltərə Premyer Liqasında 2025-26 mövsümünə "Liverpul" - "Bornmut" (4:2) matçı ilə start verilib.
"Mediasport" xəbər verir ki, Liverpul polisi həmin görüşdə baş vermiş irqçiliklə bağlı araşdırmalara start verib.
Həmin görüşdə Mersisayd təmsilçisinin azarkeşlərindən biri qonaq komandanın futbolçusu Antuan Semenyonu təhqir edib.
Nəticədə, həmin fanat tribunadan uzaqlaşdırılıb.