İbizada istirahət etdiyi yerdə dünya çempionatı üçün milliyə çağırıldı
Argentina milli komandasının heyətində dəyişiklik olub.
"Mediasport" xəbər verir ki, 27 yaşlı futbolçu Leonardo Balerdi sağ ayağının baldır əzələsindən zədələndiyi üçün heyətdən çıxarılıb.
Onu "Tottenhem"in futbolçusu Marko Senesi əvəzləyib.
Maraqlıdır ki, o, İbiza adasında istirahətdə olarkən milliyə çağırılıb.
Futbolçunun sevgilisi həmin anı lentə alaraq əbədiləşdirib.
Xatırladaq ki, Argentina millisi J qrupunda Əlcəzair, Avstriya və İordaniya ilə mübarizə aparacaq.
View this post on Instagram


