Montellanın fikirləri gündəm oldu
Türkiyə milli komandasının baş məşqçisi Vinçenso Montella Dünya Kuboku-2026-da ilk matç öncəsi maraqlı açıqlamaları ilə diqqət çəkib.
"Mediasport" xəbər verir ki, italyan mütəxəssis heyət seçimi ilə bağlı danışarkən bir neçə aparıcı futbolçunun 90 dəqiqə oynamağa hazır olmadığını bildirib.
O qeyd edib ki, xüsusilə Arda Gülər, Hakan Çalhanoğlu və Kənan Yıldız tam oyun keçirə bilməzlər və buna görə narahatdır.
Montellanın fikirləri Türkiyə mətbuatında birmənalı qarşılanmayıb.
Xatırladaq ki, "ay-ulduzlu" komandanın DÇ-də ilk görüşü sabah səhər saat 08:00-da Avstraliya yığmasına qarşı olacaq.


