İspaniya milli komandası Səudiyyə Ərəbistanını darmadağın etdi

İspaniya milli komandası Səudiyyə Ərəbistanını darmadağın etdi

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyində futbol üzrə 23-cü dünya çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, H qrupunda yer alan İspaniya millisi ikinci matçını Səudiyyə Ərəbistanı yığmasına qarşı keçirib.

Luis de la Fuentenin baş məşqçisi olduğu komanda 4:0 hesabı ilə qələbə qazanıb.

Gecə yarısı qrupun digər duelində Uruqvay və Kabo Verde futbolçuları üz-üzə gələcək.



DÇ-2026. 2-ci tur

H qrupu

İspaniya - Səudiyyə Ərəbistanı 4:0

Xal durumu: İspaniya - 4 xal, Uruqvay - 1 xal, Səudiyyə Ərəbistanı - 1 xal, Kabo Verde - 1 xal