DÇ-2026: Pley-off mərhələsində yarımfinalın oyunları baş tutacaq
Bu gün futbol üzrə Dünya Kuboku-2026-nın Avropa zonası üzrə pley-off mərhələsi start götürəcək.
"Mediasport" xəbər verir ki, A, B, C və D yolunda yarımfinal çərçivəsində 8 görüş baş tutacaq.
Türkiyə milli komandası doğma İstanbulda meydana çıxacaq.
Yarımfinalı keçən kollektivlər mundiala getmək üçün mini-finalı da uğurla başa vurmalıdırlar.
Xatırladaq ki, tarixdə ilk dəfə 48 ölkənin iştirakı ilə keçiriləcək dünya çempionatına iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək.
DÇ-2026. Avropa zonası. Pley-off mərhələsi. Yarımfinal
A yolu
23:45. İtaliya - Şimali İrlandiya
23.45. Uels - Bosniya və Herseqovina
B yolu
23:45. Ukrayna - İsveç
23:45. Polşa - Albaniya
C yolu
21:00. Türkiyə - Rumıniya
23:45. Slovakiya - Kosovo
D yolu
23:45. Danimarka - Şimali Makedoniya
23:45. Çexiya - İrlandiya
