Prezident millinin uğursuzluğundan danışdı: "İslahatlar keçirəcəyəm"
"Bu gözlənilməz nəticəyə təəssüflənməkdən başqa bir şey hiss etmirəm".
"Mediasport" xəbər verir ki, bu sözləri Cənubi Koreyanın prezidenti Li Çje Myon deyib.
O, yığma komandanın DÇ-2026-nın qrup mərhələsindən növbəti raunda yüksələ bilməməsi haqqında fikirlərini bölüşüb:
"Dünya Kubokunda iştirak üçün xərclənən vergi ödəyicilərinin pulunun və mənəvi dəstəyin əhəmiyyətli dərəcədə olduğunu nəzərə alaraq, Mədəniyyət və İdman Nazirliyini bu uğursuzluğun nə üçün yaşandığını araşdırmağa, səbəblərini təhlil etməyə və təkrarlanmaması üçün tədbirlər görməyə çağırıram.
Kədərliyəm. Buna bənzər hadisələrin bir daha baş verməməsi üçün idman sahəsində islahatlar keçirəcəyəm".
Xatırladaq ki, Cənubi Koreya milli komandası Dünya Kubokunda A qrupunu 3 xalla 3-cü pillədə bitirib və pley-offa vəsiqə qazana bilməyib.


