Dioqu Jotanın düşdüyü qəzanın əsas səbəbi müəyyənləşdirildi

Dioqu Jotanın düşdüyü qəzanın əsas səbəbi müəyyənləşdirildi

Portuqaliya milli komandasının sabiq üzvü Dioqu Jota və futbolçu qardaşı Andre Silvanın uğradığı avtoqəzanın bəzi detalları açıqlanıb.

"Mediasport" “El Confidencial”a istinadən xəbər verir ki, İspaniya Mülki Qvardiyası futbolçuların həyatlarını itirdiyi qəzaya sürətin səbəb olduğunu təsdiq edib.

İlkin hesabatda qeyd olunub ki, qəza zamanı sükan arxasında Jota olub. Araşdırmalar davam etdirilir.

Xatırladaq ki, bədbəxt hadisə iyulun 3-də İspaniyanın qərbindəki Zamora əyalətində baş verib.

28 yaşlı Dioqunun idarə etdiyi “Lamborghini” markalı avtomobil təkərin partlaması nəticəsində yoldan çıxaraq aşıb və yanmağa başlayıb.

Qardaşların hər ikisi hadisə yerində həyatını itirib.