Azərbaycan yığması ilə matça yollanan Yaremçuk həbs edildi
Keçmiş SSRİ yığmasının futbolçusu İvan Yaremçuk həbs edilib.
"Mediasport" xəbər verir ki, üçqat SSRİ çempionu oktyabrın 13-də DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Polşada keçirilmiş Ukrayna - Azərbaycan oyunu öncəsi tutulub.
Veteran futbolçunun qardaşının məlumatına görə, Yaremçuk Krakov hava limanında polis tərəfindən saxlanılıb.
Onun hansı səbəbədn həbs edildiyi məlum deyil.
Qeyd edək ki, Yaremçuk 1988-ci ildə Avropa Kubok Qalibləri Kubokunu qazanıb.
1986 və 1990-cu illərdə dünya çempionatlarının final mərhələrində oynayan 63 yaşlı ukraynalı Kiyev "Dinamo"sunun (1985/1990) əfsanələrindən sayılır.
