İtaliya A Seriyasına yüksələn sonuncu komanda məlum oldu

İtaliya A Seriyasına yüksələn sonuncu komanda məlum oldu

Futbol üzrə İtaliya A Seriyasına yüksələn sonuncu komanda müəyyənləşib.

"Mediasport" xəbər verir ki, B Seriyasında pley-off matçlarının ümumi qalibi "Monza" olub.

Paolo Biankonun baş məşqçisi olduğu kollektiv 2:0 hesabı ilə qalib gəldiyi matçın cavabında eyni fərqlə uduzub.

İtaliyada reqlamentə əsasən, pley-off qarşılaşmaları bərabərliklə yekunlaşanda üstünlük komandalardan hansının çempionatı yuxarı sırada başa vurduğuna verilir.

Beləliklə, B Seriyasında mövsümü 3-cü pillədə tamamlamış "Monza" elitaya yüksəlib.

Xatırladaq ki, daha əvvəl çempion "Venesiya" ilə ikinci yerin sahibi "Frosinone"nin A Seriyasında yarışacağı dəqiqləşmişdi.