Daha bir qitədə Millətlər Liqası turniri yaradıldı - QƏRAR VERİLDİ

Daha bir qitədə Millətlər Liqası turniri yaradıldı - QƏRAR VERİLDİ

Daha bir qitədə futbol üzrə Millətlər Liqası turniri yaradılıb.

"Mediasport" xəbər verir ki, Avropada keçirilən yarış bundan sonra Asiyada da təşkil olunacaq.

Bununla bağlı qərarı Asiya Futbol Konfederasiyası (AFC) qəbul edib.

Qərar Malayziyanın paytaxtı Kuala Lumpurda açıqlanıb. 47 üzv ölkənin hamısının nümayəndələri yarışın keçirilməsinə səs verib.

Xatırladaq ki, Asiya Kuboku turniri mövcuddur və 1956-cı ildən keçirilir.

Avropada Millətlər Liqası adlı yarış 2018-ci, Afrikada isə buna bənzər Millətlər Kuboku 1957-ci ildən təşkil edilir.