Julio Romao Premyer Liqa klubu ilə 3 illik anlaşmaya qol çəkdi

Julio Romao Premyer Liqa klubu ilə 3 illik anlaşmaya qol çəkdi

2022-2025-ci illərdə “Qarabağ”da oynamış Julio Romaonun yeni klubu müəyyənləşib.

"Mediasport" xəbər verir ki, 28 yaşlı braziliyalı karyerasını Rusiyada davam etdirəcək.

YarımmüdafiəçiPremyer Liqa klubu "Axmat"da oynayacaq.

"Sambaçı" Qroznı təmsilçisi ilə 3 illik müqavilə bağlayıb.

Xatırladaq ki, üç dəfə Azərbaycan çempionu olmuş Romaonun yenidən Ağdam klubuna qayıdışı xəbərləri yayılmışdı.