Kadi Borgesin cəzası açıqlandı

Kadi Borgesin cəzası açıqlandı

AFFA İntizam Komitəsi "Qarabağ"ın futbolçusu Kadi Borgesin cəzasını açıqlayıb.

"Mediasport" xəbər verir ki, braziliyalı Premyer Liqanın 3-cü turunun "Sumqayıt"la səfər matçında yol verdiyi kobudluğa görə 1-i şərti olmaqla 3 oyunluq cəza alıb.

Vingerin hərəkəti təcavüzkar davranış kimi qiymətləndirilib.

Ağdam təmsilçisi buna görə 3 min manat cərimə ödəyəcək. Yarımmüdafiəçiyə isə 6 ay sınaq müddəti təyin edilib.

Həmçinin sözügedən matçda azarkeşlərin rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsinə görə "Sumqayıt" klubu 5000 manat cərimələnib.