Məşhur milli üzvü Kanadaya buraxılmadı, DÇ-də oynamayacaq

Məşhur milli üzvü Kanadaya buraxılmadı, DÇ-də oynamayacaq

Futbol üzrə Qana milli komandasının futbolçusu Tomas Parti 23-cü Dünya Kubokunda iştirak etmək üçün Kanadaya buraxılmayıb.

"Mediasport" "The Athletics" nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı oyunçu Birləşmiş Krallıqda ona qarşı irəli sürülən cinayət işi və Kanada vizası problemi səbəbindən ilk matçda iştirak edə bilməyəcək.

Tomas ABŞ üçün viza ala bilib və komanda ilə birlikdə düşərgədədir. Kanada hökuməti onun ölkəyə giriş vizasını rədd edib.

Nəticədə, o, Qananın 17 iyunda "Turan Tovuz"un futbolçusu Roderik Millerin də yer aldığı Panama ilə matçında iştirak etməyəcək.

FİFA da bu məsələ ilə bağlı açıqlama yayıb:

"Parti Qananın ABŞ-dəki düşərgəsindən Kanadaya səfər edə bilməyəcək. Çünki onun viza müraciəti Kanada hökuməti tərəfindən rədd edilib.

FİFA immiqrasiya proseslərinə, o cümlədən viza verilməsinə müdaxilə etmir. Ev sahibi ölkəyə kimin daxil ola biləcəyinə özü qərar verir".

Xatırladaq ki, futbolçuya qarşı bir neçə zorlama və təcavüz ittihamı irəli sürülüb. "Vilyarreal"ın üzvünün məhkəmə prosesi hələ də davam edir.