Bosniya və Herseqovina ilə Portuqaliyadan darmadağın

 Bosniya və Herseqovina ilə Portuqaliyadan darmadağın

2026-cı ildə Amerika qitəsində baş tutacaq futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin oyunları keçirilir.

"Mediasport" xəbər verir ki, azarkeşlər növbəti 6 matçı izləyiblər.

Ermənistan səfərində dubl edən 40 yaşlı əfsanə Kristiano Ronaldo milli komandada vurduğu qolların sayını 140-a, ümumilikdə isə 942-yə çatdırıb.

Dünyada lider olan superforvardın ən yaxın izləyicisi Lionel Messinin hesabında 114 yığma qolu var.

İngiltərə seçməsi doğma azarkeşlər önündə Andorranı çətinliklə məğlub edib, San Marino isə evdə darmadağına məruz qalıb.


DÇ-2026-nın seçmə mərhələsi. Seçmə qrup mərhələsi


F qrupu

Ermənistan - Portuqaliya 0:5

İrlandiya - Macarıstan 2:2

H qrupu

San Marino - Bosniya və Herseqovina 0:6

Avstriya - Kipr 1:0

Xal durumu: Bosniya və Herseqovina - 12, Avstriya - 9, Rumıniya - 6, Kipr - 3, San Marino - 0.

K qrupu

Latviya - Serbiya 0:1

İngiltərə - Andorra 2:0

Xal durumu: İngiltərə - 12, Serbiya - 7, Albaniya - 5, Latviya - 4, Andorra - 0.