"Turan Tovuz" 2-ci liqada oynayan bölgə klubunun üzvünü gətirdi
"Turan Tovuz" heyətini gücləndirib.
"Mediasport" xəbər verir ki, qərb təmsilçisi qapıçı Elxan Qasımovu sıralarına qatıb.
Qolkiper 2-ci liqa klubu "Quba"dan transfer edilib.
Klubdan aldığımız məlumata əsasən, Qasımov əvəzedici komandada forma geyinəcək.
25 yaşlı qapıçı müqavilə mövsümün sonunadək nəzərdə tutulub.
