Azərbaycan klublarının üzv olduğu futbol təşkilatının adı dəyişdirildi

Avropa Klublar Assosiasiyası (ECA) adını dəyişib.
"Mediasport" xəbər verir ki, qurum artıq Avropa Futbol Klubları (EFC) adı altında fəaliyyət göstərəcək.
Bu haqda qərar təşkilatln bu gün keçirilən toplantısında verilib.
EFC 55 ölkədən 700-dən çox klubu özündə birləşdirir və Avropa klublarını UEFA və FİFA-da təmsil edir.
Azərbaycandan "Qarabağ", "Neftçi", "Şamaxı" və bir neçə klub təşkilatın üzvüdür.