Kurban Berdıyev: "Kim yaxşı olacaq, o da meydana çıxacaq"

"Bu gün futbolçular oyuna yaxşı köklənmişdilər. Ciddi səhv etmədən oynadılar. Qələbəyə layiq idik".
"Mediasport" xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev deyib.
Rusiyalı mütəxəssis Azərbaycan Premyer Liqasının 6-cı turunun "Kəpəz"lə (3:0) oyunu haqda danışıb.
İbrahima Vacinin əsas heyətdə möhkəmlənməsinə nə mane olur?
- Xəstə idi, məşq etməmişdi. Funksional formasından razıyıq. Təəssüf ki, məşqi buraxmışdı.
Komandanız liderliyə yüksəldi. İndiki durumda futbolçularınızdan razısınız?
- Digər komandalar kimi, bizdə də müəyyən məsələlər var. Biz də digər komandalarla mübarizə aparacağıq. Vaxt var. Çalışmalarımıza davam edəcəyik.
Bu gün Faiq Hacıyev sağ cinahda, Jorje Silva solda oynadı. Faiqi qarşıdakı turlarda ehtiyat skamyada görə bilərik?
- Bizdə kim güclüdürsə, o da oynayacaq. Şükür Allaha, hazırda komandamız yaxşıdır. Oyunçularımız kifayət qədər var. Kim yaxşı olacaq, o da meydana çıxacaq.