Burkina Faso yığmasının vingeri Azərbaycan Premyer Liqasında

Burkina Faso yığmasının vingeri Azərbaycan Premyer Liqasında

“Sumqayıt” heyətini gücləndirib.

"Mediasport" xəbər verir ki, Saşa İliçin komandası Sedrik Badolonu heyətinə qatıb.

Burkina Faso millisinin vingeri son olaraq Slovakiyada "Spartak"ın (Trnava) formasını geyinib.

28 yaşlı futbolçu ilə 2026/27 mövsümünün sonunadək + 1 il şərtiylə anlaşma əldə olunub.

Badolo karyerası ərzində vətənində “Salitas”, Moldovada “Şerif”, Slovakiyada “Poqroniye”də də oynayıb.

O, millidə 30 oyun keçirib.