Komanda yoldaşı Mahirin keçidinin baş tutmamasına görə sevinir

Komanda yoldaşı Mahirin keçidinin baş tutmamasına görə sevinir

"Mahir Emrelinin “Nürnberq”də qalmasına görə şadam. Çünki biz artıq birlikdə yaxşı işləmişik".

"Mediasport" xəbər verir ki, bu sözləri Almaniyanın "Nürnberq" klubunda çıxış edən Stefanos Simas deyib.

İngiltərənin "Brayton" klubuna məxsus forvard Azərbaycan millisinin üzvü Mahir Emrelinin komandada qalmasına münasibət bildirib.

Yunan hücumçu deyib ki, ön xətdə iki futbolçu ilə oynamaq daha yaxşıdır:

"Bəzən iki hücumçu ilə oynayanda özümü daha yaxşı hiss edirəm. Çünki o zaman daha çox boş zona yaranır. Ona görə Mahirin qalmasına sevindim".

Qeyd edək ki, bir müddət öncə Cənubi Koreyanın “Seul” klubuna keçidi gözlənilən Mahirin adı ardıcıl iki dəfə "Nürnberq"in oyunlarında iştirak ərizəsinə salınmamışdı.

28 yaşlı forvard son olaraq ötən həftə 2-ci Bundesliqanın 24-cü turunun "Hannover"ə 1:2 hesabı ilə məğlub olduqları qarşılaşmasında son dəqiqələrdə meydana çıxıb.