Azərbaycan milli komandası Belarus yığmasına məğlub oldu

Belarusda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün ilk yoldaşlıq görüşünə çıxıb.
“Mediasport” xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv yerli yığma ilə üz-üzə gəlib.
Baranoviçi şəhər stadionunda təşkil olunan matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimizin heyətində yeganə qolu 22-ci dəqiqədə Raul Məmmədov vurub.
Komandamız ikinci yoldaşlıq oyununu iyunun 8-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqro futbolçularına qarşı keçirəcək.