Dünya çempionatında 1/8 final mərhələsinin cütləri müəyyənləşdi

Dünya çempionatında 1/8 final mərhələsinin cütləri müəyyənləşdi

Tarixdə ilk dəfə 32 komandanın iştirakı ilə keçirilən futbol üzrə klublararası dünya çempionatında qrup mərhələsinə yekun vurulub.

"Mediasport" xəbər verir ki, ABŞ-nin ev sahibliyi etdiyi mundialda bununla da 1/8 final cütləri müəyyənləşib.

16 komandanın mübarizəyə davam edəcəyi pley-off mərhələsinin görüşləri sabahdan start götürəcək.


Klublararası dünya çempionatı. 1/8 final


28 iyun

"Palmeyras" (Braziliya) - "Botafoqo" (Braziliya)

"Benfika" (Portuqaliya) - "Çelsi" (İngiltərə)


29 iyun

PSJ (Fransa) - "İnter Mayami" (ABŞ)

"Flamenqu" (Braziliya) - "Bavariya" (Almaniya)


30 iyun

"İnter" (İtaliya) - "Fluminense" (Braziliya)


1 iyul

“Mançester Siti” (İngiltərə) – “Əl Hilal” (Səudiyyə Ərəbistanı)

“Real” (Madrid, İspaniya) – “Yuventus” (İtaliya)


2 iyul

"Borussiya" (Dortmund, Almaniya) - "Monterrey" (Meksika)