Konfrans Liqası: "Sabah"ın "Levski" ilə oyunlarının vaxtı açıqlandı

Konfrans Liqası: "Sabah"ın "Levski" ilə oyunlarının vaxtı açıqlandı

UEFA Avropa Konfrans Liqasında II təsnifat mərhələsinə yekun vurulub.

"Mediasport" xəbər verir ki, "Sabah" Bakıda keçirilən cavab oyununda da "Petrokub"u məğlub edərək 3-cü təsnifat mərhələsinə vəsiqə qazanıb.

Təmsilçimizin bu mərhələdəki rəqibi UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Braqa"ya (Portuqaliya) uduzan "Levski" olub.

Komandalar arasındakı ilk oyun avqustun 7-də Bolqarıstanda olacaq. Cavab görüşü isə 14 avqustda Bakıda keçiriləcək.

UEFA Konfrans Liqası. 2-ci təsnifat mərhələsi. Cavab oyunu

"Sabah" (Azərbaycan) - "Petrokub" (Moldova) 4:1 İlk oyun - 2:0

Baş hakim: Danilo Nikoliç (Serbiya)

Masazır, "Bank Respublika Arena".